Bakı Kitab Sərgisində Yunus Oğuz da iştirak edir - FOTO

Bildiyiniz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 9-cu Beynəlxalq Kitab Sərisi keçirilir. 
Noyabrın 11-də açılışı olmuş və noyabrın 15-dək davam edəcək sərgidə Azərbaycan Yazıçılar Birliyini qurumun Ədəbiyyat Fondu təmsil edir. 

321 nömrəli stenddə Azərbaycan yazıçılarının - AYB üzvlərinin (o cümlədən Xalq yazıçıları Anarın, Çingiz Abdullayevin, Xalq şairi Vahid Əzizin, eləcə də Səlim Babullaoğlunun, İlqar Fəhminin, Varisin, Ramiz Qusarçaylının kitabları ilə yanaşı tarixi romanları ilə tanınan Yunus Oğuzun da kitabları sərgilənir. 
Burada eyni zamanda AYB-nin "Ulduz", "Qobustan", "Literaturnıy Azerbaydjan", "Dünya ədəbiyyatı" kimi nəşrləri də nümayiş olunur. 
Yazıçılar gün ərzində burada öz oxucuları ilə görüşüb onlar üçün əldə etdikləri kitabları imzalayırlar. 
Eyni zamanda sərginin təqdimat zonalarında müxtəlif maraqlı tədbirlər həyata keçirilir. 
Azərbaycan Ədəbiyyat Fondu adına növbəti belə tədbir noyabrın 15-i saat 15.00-də "Xudafərin" təqdimat zonasında baş tutacaq. "Aəzrbaycan ədəbiyyatı dünya müstəvisində" adlanan panelə Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis moderatorluq edəcək. Çıxışçılar - AYB katibi Səlim Babullaoğlu, AYB sədrinin müşaviri Sayman Aruz, yazıçı Yunus Oğuz və Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar olacaq. 
9-cu Beynəlxalq Kitab Sərisi noyabrın 15-də öz işini başa vuracaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31