Dövlət qulluğunda fəaliyyətin davamı ilə bağlı imtahan nəticələri açıqlandı

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi (BB vəzifə qrupu) üzrə noyabrın 12-də keçirilən imtahanın nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən Olaylar.az-a verilən məlumata görə, namizədlər imtahan nəticələri ilə buradan tanış ola bilərlər.

İştirakçılar imtahan nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında 247 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 56, BB2 altqrupu üzrə 71, BB3 altqrupu üzrə 53, BB4 altqrupu üzrə 36 nəfər olmaqla, ümumilikdə 216 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 14 noyabr saat 10:00-dan 16 noyabr saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31