Qubanın dağlıq ərazilərinə qar yağdı

Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.

Milli Hidrometeorologiya Mərkəzindən Olaylar.az-a verilən məlumata görə, Qrız və Qudyalçay-Xınalıq məntəqələrində qarın hündürlüyü 1 santimetr olub.

Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.

Qeyd edək ki, noyabrın 10-u saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib. Bölgələrdə də qeyri-sabit , yağıntılı hava şəraiti müşahidə olunub. Daşkəsən, Gədəbəy, Şəmkir, Qax, Oğuz, Quba, Aıtıağac, Şəki, Xaltan Mingəçevir, Lənkəran, Astarada arabir yağış, Qusar, Xınalıq, Şahdağda isə qar yağıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31