TƏBİB-dən azyaşlının ölümü ilə bağlı AÇIQLAMA

TƏBİB Biləsuvar rayonunda azyaşlı ölümü ilə bağlı açıqlama verib.

Olaylar.az xəbər verir ki, 10 noyabr 2023-cü il tarixində saat 13:30 radələrində Biləsuvar rayonunun Təzəkənd kənd sakini, 2015-ci il təvəllüdlü vətəndaşı üçün təcili yardım çağırışı olub.

"Vətəndaşın xəstəxanaya qədər ölüm halı qeydə alınıb", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, bu gün 2015-ci il təvəllüdlü Məmmədli Tellixanım Anar qızı qəfil vəfat edib. Onun ölümünə ev şəraitində hazırlan kələm turşusunun səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31