Zəngilanda hərbçilərin iştirakı ilə Bayraq Yürüşü təşkil olunub - FOTO + VİDEO
8 Noyabr 2023 14:42 Sosial8 Noyabr - Zəfər Günü Zəngilanda da qeyd edilib. Hərbçilərin Ağalı kəndində Bayraq Yürüşü təşkil olunub.
Olaylar.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, rayon ictimaiyyəti və Ağalı kəndinin sakinləri iştirak ediblər.
Əvvəlcə Zəngilan şəhərində Şəhidlər xiyabanı ziyarət olunub, Vətən uğurunda canlarını fəda etmiş qəhrəmanların əziz xatirəsi dərin ehtiramla yad edilib. Daha sonra yürüşə start verilib.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun







AZƏRTAC
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
