Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Zəfər Günü ilə əlaqədar II Fəxri xiyabanı ziyarət edib - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi 8 Noyabr - Zəfər Günü ilə əlaqədar II Fəxri xiyabanı ziyarət edib.

Nazirlikdən Olaylar.az-a bildirilib ki, Respublikamızın ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, onların xatirəsi dərin ehtiramla yad olunub.

Qeyd edək ki, nazirliyin 210 əməkdaşı Vətən müharibəsində iştirak edib. Onlardan 5 nəfər qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. Bundan əlavə, müharibədə ailə üzvlərini itirən əməkdaşlar da var.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31