Azərbaycanda doğulan uşaqların əksəriyyəti oğlandır – Yalnız bir rayondan başqa

Azərbaycanda doğulanların çox hissəsini oğlanlar təşkil edir. 
Olaylar.az xəbər verir ki, ötən il 122 846 uşaq dünyaya gəlib. Bunun 64 940-ı oğlan, 57 906-sı qız uşağıdır. 
Şəhər və rayonlar üzrə doğum göstəricilərinə baxdıqda məlum olur ki, bir yaşayış məntəqəsi istisna olmaqla digər bütün yaşayış məntəqələrində də doğulanlar arasında oğlan uşaqlarının sayı daha çox olub. 
O cümlədən Azərbaycanın 3 böyük şəhərində də oxşar vəziyyət var. Bakıda doğulan 24 848 uşağın 13 110-nu oğlan, Sumqayıtda doğulan 3 395 uşağın 1 768-i oğlan, Gəncədə doğulan 2 883 uşağın 1 576-sı oğlandır. 
Yalnız Yevlax rayonunda doğulan uşaqların arasında qızların sayı çoxluq təşkil edib. Yevlax şəhərində 2 021 doğulan uşağın 1 139-u qız, 882-si oğlan olub. 

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31