AzTV-də 100 min manatlıq layihə - Tanınmış aparıcılar nə qədər qazandı? - VİDEO

Olaylar.az xəbər verir ki, dünyaca məşhur yarışma "Düşən pullar" Azərbaycanda start götürüb.
 

AzTV-də yayımlanan layihənin ilk qonaqları tanınmış teleaparıcılar Dilarə Səlim və Mümtaz Xəlilzadə olublar.
 

Layihənin ilk buraxılışı Azərbaycan Televiziyası və Radiosu Gününə təsadüf edib və tanınmış teleaparıcılar 100 min manat uğrunda mübarizə aparıblar. Onlar sonda yarışmanı 5 min manat qazanaraq tərk ediblər.
 

Dilarə Səlim və Mümtaz Xəlilzadə qazandıqları 5 min manatı "YAŞAT" Fonduna bağışlayıblar.

Layihənin aparıcısı Şəhriyar Əbilovdur.

"Düşən pullar" layihəsi hər şənbə günü saat 22:00-da AzTV-də yayımlanacaq.
 

Keçiddə bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz: https://www.youtube.com/watch?v=fKMBQZyMSnM

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31