“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Qusarda ictimai dinləmə keçiriləcək
9 Oktyabr 2023 12:27 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan "Məşğulluğa Dəstək Layihəsi" barəsində məlumatlılığı artırmaq məqsədilə növbəti ictimai dinləmə Qusar rayonunda təşkil olunacaq. Nazirlikdən "Olaylar"a bildirilib ki, tədbirdə iştirakçılara layihənin hədəf və məqsədləri, əhatə dairəsi, icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, eləcə də layihəyə müraciət və iştirak qaydaları barəsində ətraflı məlumat veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq. İctimai dinləmə 11 oktyabr 2023-cü il tarixində saat 11.30-da Qusar şəhərindəki Gənclər Evində keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31