Elmi Cərrahiyyə Mərkəzinə yeni baş həkim təyin olundu

Elgün Səmədov M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi təyin olunub.

Olaylar.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.

Qeyd edək ki, həkim E. Səmədov 2006-cı ildə Hərbi Tibb Fakültəsindən tibb xidməti leytenantı kimi məzun olub. Daha öncə Milli Onkologiya Mərkəzində və müxtəlif özəl tibb müəssisələrində fəaliyyət göstərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31