Tərtərdə baş vermiş mina hadisəsi ilə bağlı araşdırma aparılır - Baş Prokurorluq
6 Oktyabr 2023 19:18 SosialOktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun işğaldan azad edilmiş Həsənqaya kəndi ərazisində 1989-cu il təvəllüdlü mülki şəxs Yaquar Hadıyevin dəmir tullantıları toplayarkən mina partlaması nəticəsində ölməsi faktı üzrə Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
Olaylar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, Yaquar Hadıyev faha öncə də minaya düşüb. Belə ki, 2023-cü martın 9-da Tərtər rayonunun Çaylı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlayışı baş verib.
Mina partlayışı nəticəsində xəsarət alan 1989-cu il təvəllüdlü Hadıyev Yaquar Əliheydər oğlu xəstəxanaya yerləşdirilib və sol ayağı amputasiya edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31