"Yataqdayam, müalicə alıram" - Qəzənfər Paşayevin halı pisləşdi

Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin səhhətində problem yaranıb.

Onun xəstəxanaya yerləşdirilməsi barədə xəbər yayılıb.

Məsələ ilə bağlı Q.Paşayevlə əlaqə saxladıq.

Olaylar.az xəbər verir ki, o, AzerForum.Com -a açıqlamasında bildirdi ki, havaların dəyişməsi ilə əlaqədar halı pisləşib, təzyiqi düşüb.

Q.Paşayev evdə müalicə olunduğunu bildirdi:

"Təzyiqim düşüb, evdən çıxa bilmirəm. Yataqdayam, müalicə alıram. Vəziyyətim həkimlik deyil, çox ağrımıram. Bir neçə gün əvvəl həkimlik oldu, getdim, həll olundu. Havaların dəyişməsi ilə əlaqədar ola bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31