İctimai dinləmə keçiriləcək
4 Oktyabr 2023 13:26 SosialDövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən Yasamal, Nizami, Nərimanov, Pirallahı və Qaradağ rayonlarının ərazilərindəki müxtəlif ünvanlarda qurumuş və qəzalı ağacların götürülməsi ilə bağlı ictimai dinləmə keçiriləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Olaylar"a bildirilib ki, 6 oktyabr 2023-cü il tarixində, saat 15:00-da Agentliyin inzibati binasının konfrans zalında ekoloqların, bələdiyyə, QHT və KİV nümayəndələrinin, həmçinin digər maraqlı tərəflərin iştirakı ilə keçiriləcək tədbirdə yaşıllıqların götürülməsi, mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görüləcək işlər müzakirə ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31