Bişkekdə Ulu Öndər heydər Əliyevin 100 illiyi növbəti töhfə
4 Oktyabr 2023 11:21 SosialBişkekdə Ulu Öndər heydər Əliyevin 100 illiyi ilə əlaqədar Türkiyəli şair- tərcüməçi Yusif Aslanın qələmə aldəği "100 YAŞIN MÜBAREK HAYDAR ALİYEV" kitabı Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə türk dilində nəşr edilmişdir. Bu, Fondun Bişkekdə Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar nəşr etdirdiyi 8 ci kitabdır
Kitabda şair-tərcüməçi Yusif Aslanın "Ad günün mübarek olsun Aliyev",
Azərbaycan Respublikasının Ali Başkomandanı hörmətli İlham Əliyev Dövlət başçısına ithafən yazdığı şeir, "Azerbaycan'ımın başkumandanı", "Mehriban hanıma ithafen", Karabağa ithafən yazdığı şeiri "Karabağ denince tüm akıllara" adlı şeirləri və başqa əsərləri yer almışdır.
Qeyd edək ki, kitab "Uluu Toolor" nəşriyyatında 500 nüsxə ilə çap edilib. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun Prezidenti, Azərbaycan həqiqətlərini, Ulu Öndər Heydər Əliyev irsinin Orta Asiya Dövlətlərində yorulmaz təbliğatçısı Nüsrət Məmmədovdur. Bu, fondun nəşr etdirib pulsuz yaydığı 157-cü kitabdır.
Kitab Türk-Qırğız Manas universitetinin tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Fond öz ənənələrinə sadiq qalaraq kitabı pulsuz yaymağı planlaşdırır.