Sabirabadda mərkəzi stadiona su sistemi qurulur

"Sabirabad Rayon Mərkəzi stadionun ot örtüyünün təminatı üçün su sistemi qurulur. Bu günə qədər 100x90 metr olan stadionun ot örtüyünün suvarılması üçün su sistemi olmayıb". "Olaylar" xəbər verir ki, bu barədə məlumat verən deputat Kamal Cəfərovun sözlərinə görə, su sistemin qurulması üçün 120 tonluq yeraltı su çəni, həmin suyu yüksək təzyiqlə ötürmək üçün böyük həcmli su matoru və yenə həmin suyu 9 min kvadrat metr əraziyə çiləmək imkanı olan aqreqatorlar lazımdır. Göründüyü kimi su sistemi çox vacibdir və həm də çox bahalıdır:

"Bununla bağlı müxtəlif qurumlara etdiyimiz müraciətlərə müsbət cavab olmadığından, dəstək üçün Bakıda çalışan bir xeyirxah sahibkarla görüşdüm, xahiş etdim və özünü də stadiona baxış üçün gətirdim. Hazırda onun dəstəyi ilə stadiona su sistemi çəkilir. Sabirabadlı gənclərin inkişafına verdiyi dəstəyə görə ona minnətdarlığımı bildirirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31