Pensiyaların ödəniləcəyi tarix açıqlandı
4 Oktyabr 2023 11:06 SosialOktyabrın 6-da Bakı və Sumqayıt şəhərləri, eləcə də, Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.
Bu barədə Olaylar.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
Xatırladaq ki, daha öncə sentyabrın 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə avqust ayının pensiyaları ödənilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31