İnsan alveri və məişət zorakılığı ilə mübarizə:İctimai dinləmə keçirilib
2 Oktyabr 2023 11:01 Sosial30 avqustda Sumqayıt şəhər Heydər Əliyev adına Mərkəzdə Sumqayıt şəhər İcra Hakimiyyəti, polis, prokurorluq orqanları, Sosial Xidmətlər Agentliyi, Sumqayıt şəhər Tibb Mərkəzi, Sumqayıt şəhər Bələdiyyəsi, media, vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə insan alveri və məişət zorakılığı ilə mübarizə mövzusunda ictimai dinləmə keçirilib.
İctimai dinləmə zamanı Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova çıxış edərək insan alveri və məişət zorakılığı ilə bağlı mövcud vəziyyət barədə ətraflı məlumat verib.
O, çıxışında insan alveri və məişət zorakılığı ilə mübarizədə preventiv tədbirlərə önəm verildiyini qeyd edib.
Müzakirə zamanı nümayəndələrin hər biri bu sahədə görülən işlər və mübarizənin gücləndirilməsi ilə bağlı müvafiq təkliflər veriblər.
Tədbir zamanı Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdilən "İnsan alverinin qarşısının alınması və proflaktikasının gücləndirilməsinə yönəlmiş əhalinin maarifləndirmə və məlumatlandırma tədbirlərinin təşkili" layihəsi çərçivəsində görülmüş işlər və göstərilmiş xidmətlər barədə ətraflı məlumat verdi.
Qeyd edək ki, layihə çərçivəsində insan alveri ilə mübarizə mövzusunda TV verilişlər, təlimlər, tədbirlər keçirilib. Qurbanlara sosial,psixoloji, hüquqi xidmətlər göstərilib.

