Bayrağı Riad Əhmədovun xanımına Əli Nağıyev təqdim etdi - VİDEO
30 Sentyabr 2023 19:53 SosialXəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Milli Qəhramanı, 1992-ci ildə Daşaltı əməliyyatı zamanı şəhid olmuş Riad Əhmədovla vida mərasimi keçirilib.
Olaylar.az xəbər verir ki, 31 il sonra nəşinin qalıqları tapılan R.Əhmədov İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidimizin tabutuna bükülmüş Dövlət bayrağı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev tərəfindən Riad Əhmədovun xanımına təqdim olunub.
Həmin anın videosunu təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31