İlin sonuna kimi işğaldan azad edilmiş ərazilərə köçürüləcək şəxslərin sayı AÇIQLANIB
29 Sentyabr 2023 16:20 SosialBu ilin sonuna qədər daha 7 minə yaxın insanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə köçürülməsi planlaşdırılır.
Olaylar.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev rəhbərlik etdiyi qurumun və BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) "Şəhərsalma Həftəsi 2023" tədbirləri çərçivəsində Zəngilanda keçirdiyi "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumu çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, köç hazırda insanların yaşadığı Laçın və Füzuli rayonlarına baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31