Binəli Yıldırım Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib
29 Sentyabr 2023 16:01 SosialTürkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini, sabiq Baş nazir Binəli Yıldırım Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib.
Olaylar.az xəbər verir ki, o, bu barədə "X"də yazıb.
"Türk dünyasına böyük xidmətlər göstərən Azərbaycanın dəyərli millət vəkili Qənirə Paşayevanın vəfatından kədərlənirik. Allah mərhuma rəhmət eləsin. Ailəsinə və yaxınlarına səbr diləyirik. Başımız sağ olsun".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31