Qənirə Paşayeva dəfn olundu

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva dəfn olunub. "Olaylar" xəbər verir ki, mərhum ll Fəxri xiyabanda torpağa tapşırılıb. Dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, qazilər, xarici ölkə səfirliklərinin nümayəndələri, elm və ictimai xadimlər və mərhumun ailə üzvləri iştirak ediblər. Millət vəkilinin ruhuna dualar oxunduqdan sonra mərasim iştirakçıları onunla bağlı xöş sözlər deyərək, xatirələrini bölüşüb, ailə üzvlərinə səbr diləyiblər. Deputat, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli qeyd edib ki, Qənirə Paşayeva daim dövlət və millət üçün çalışıb, yerli və beynəlxalq tədbirlərdə Azərbaycanın maraqlarını müdafiə edib. Ölkə prezidenti İlham Əliyev və  və birinci vitse-prezident Mehriban xanım Əliyevə onun fəaliyyətini daim yüksək qiymətləndiriblər.

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Q.Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb. Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

   

  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31