Məqamın yüksək olsun!- Yunus Oğuz Qənirə Paşayeva haqqında yazdı

Qənirsiz QƏNİRƏ...Özünü bu millət yolunda fəda etdin. Məqamın yüksək olsun! Bu sözləri  yazıçı-publisist Yunus Oğuz öz sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki Milli Məclisin deputatı Qənirə Paşayeva ilə vida mərasimi bu gün  saat 10-da Heydər Məscidində olacaq.

Cənazə namazı qılındıqdan sonra Q.Paşayeva İkinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31