Bu il 61 dərslik üzərində işləmişik - Şöbə müdiri
28 Sentyabr 2023 12:10 SosialDərsliklərin yazılması kifayət qədər uzun və vaxt aparan prosesdir.
Olaylar.az xəbər verir ki, bunu ümumi və məktəbəqədər təhsildə məzmun tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
O bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, ümumi orta təhsil səviyyəsində dərsliklər hər 4 ildən bir, tam orta təhsil səviyyəsində dərsliklər isə 5 ildən bir yenilənə bilər:
"Bu il 61 dərslik üzərində işləmişik. Onlardan 37-si yeni hazırlanıb, 24-ü üzərində təkmilləşdirilmə işləri aparılıb. Bu il 318 adda dərslik çap olunaraq məktəblərə çatdırılıb. Bu da 7 milyon 7 mindən çox nüsxə deməkdir. Bir dərsliyin üzərində 50-60 nəfərin əməyi var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31