30 il sonra Xocavənddə meyitinin qalıqları tapılan şəxslə vida mərasimi keçirilib
28 Sentyabr 2023 12:06 SosialBirinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun "Murquzlu" dağının "Üçtəpə" yüksəkliyi ərazisində itkin düşən və 30 ildən sonra meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndində tapılan Cahid Nağıyevlə vida mərasimi keçirilib.
Olaylar.az xəbər verir ki, şəhidin cənazəsi dəfn olunması üçün Füzuli rayonuna aparılır.
Cahid Nağıyevin meyitinin qalıqları doğulduğu Aşağı Seyidəhmədbəyli kəndində torpağa tapşırılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31