Qənirə Paşayevanın son vəziyyəti ilə bağlı AÇIQLAMA
28 Sentyabr 2023 10:30 SosialMillət vəkili Qənirə Paşayevanın müalicəsi davam etdirilir.
Olaylar.az bildirir ki, bu barədə millət vəkilinin yaxınları deyib. Ümumi vəziyyətinin ağır olaraq qiymətləndirildiyini bildiriblər.
Qeyd edilib ki, Q.Paşayevanın vəziyyəti orta stabil olaraq qalır.
Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva bazar günü komaya düşüb. Q.Paşayeva Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Hazırda orada müalicəsi davam etdirilir. Deputatın dərmandan komaya düşdüyü bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31