Medianın İnkişafı Agentliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini ehtiramla yad edib - FOTO

27 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikanın Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Agentliyin kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkına gələrək 44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, xatirə daşının önünə gül dəstələri düzüblər.

Şəhidlərimiz ən ali qürur mənbəyimizdir! Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31