Ağacların dibi asfaltdan təmizlənib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Nəsimi rayonu Salatın Əsgərova küçəsində yol kənarı sahədə 27 Şərq çinarının dibinin asfaltlandığı müəyyən olunub. "Olaylar" xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən ağacların dibi asfaltdan təmizlənib və onlara aqrotexniki xidmət göstərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31