Türkiyə səfiri Qənirə Paşayeva üçün xəstəxanaya getdi
26 Sentyabr 2023 16:36 SosialTürkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı millət vəkili Qənirə Paşayevanın səhhəti ilə bağlı məlumat əldə etmək üçün Mərkəzi Klinik Xəstəxanaya yollanıb.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı səfir öz "X" hesabında paylaşıb.
Onun sözlərinə görə, xəstəxana rəhbərliyi və həkimlərdən millət vəkilinin hazırkı vəziyyəti ilə bağlı məlumat alıb.
O, həmçinin Q.Paşayevanın səhhətinin tezliklə yaxşılaşması üçün şəfa diləklərini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31