Quba şəhəri Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı paytaxtı seçilib

Quba şəhəri Türk Dövlətləri Təşkilatının (TDT) Kənd Təsərrüfatı paytaxtı seçilib.

Olaylar.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Təşkilatın Kənd Təsərrüfatı üzrə məsul nazirlərinin 2-ci iclası ilə bağlı keçirilən brifinqdə bildirib.

Növbəti Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin görüşünə qədər Quba şəhəri paytaxt olaraq qalacaq.

Qeyd edək ki, növbəti görüş Qazaxıstanda baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31