"Instagram"da pul qazanma dövrü başladı

"İnstaqram"da Reels videoları vasitəsilə pul qazanma dövrü başlayıb. 

Olaylar.az bildriir ki, sosial şəbəkə istifadəçiləri videolarına göndərilən hədiyyələr vasitəsilə pul qazana biləcəklər. Yenilik artıq Türkiyədə aktivdir. 

Xüsusiyyət sayəsində istifadəçi bəyəndiyi və izlədiyi məzmun yaradıcısının Reels videosuna qiymətləri 20 TL-dən 200 TL-yə qədər olan hədiyyələr göndərə biləcək.

Bu funksiyadan istifadə etmək üçün yerinə yetirməli olduğunuz şərtlər aşağıdakılardır:

Peşəkar hesabda 

18 yaş və ya daha böyük olmaq

Monetizasiya siyasətlərinə uyğunluq

Ən azı 5000 izləyici

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31