1 həftə ərzində Azərbaycanda koronovirusa yoluxanların sayı açıqlandı - FOTO
25 Sentyabr 2023 18:53 SosialAzərbaycanda son 1 həftə ərzində (18-24 sentyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Olaylar.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin müddətdə infeksiyaya 229 yeni yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 832 809 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 822 263 nəfər müalicə olunaraq sağalıb, hazırda 225 aktiv xəstə var. Bu günə qədər 10 321 nəfər vəfat edib. Bildirilib ki,son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 729, bu günə qədər isə ümumilikdə 7 684 217 test icra olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31