Qənirə Paşayevadan yeni xəbər

Millət vəkili Qənirə Paşayevanın səhhətində müsbətə doğru irəliləyiş müşahidə edilir.

Olaylar.az bildirir ki, bu barədə millət vəkilinin yaxınları deyib.

Bildirilib ki, vəziyyəti stabil olaraq qalır, lakin yaxşılığa doğru gedir.

Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva ötən gün komaya düşüb və Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Hazırda orada müalicəsi davam etdirilir. Deputatın dərmandan komaya düşdüyü bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31