Quru sərhədlər bu tarixədək bağlı olacaq - RƏSMİ
25 Sentyabr 2023 12:02 SosialAzərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Olaylar.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti bu il oktyabrın 2-dən gələn il yanvarın 2-dək uzadılıb.
Qeyd edək ki, bu qərara aid məhdudiyyətlər sırasında quru sərhədlərin bağlı qalması da var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31