Naxçıvan Sağlamlıq Mərkəzinə yeni baş həkim təyin edildi

Naxçıvan Sağlamlıq Mərkəzinə yeni baş həkim təyin edilib.

Olaylar.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifə tibb elmləri doktoru, professor İsa Abdullayevə həvalə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31