Geomaqnit qasırğası davam edəcək - XƏBƏRDARLIQ

Geomaqnit qasırğası sentyabrın 27-nə qədər davam edəcək.

Bu barədə Olaylar.az-a Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, günəş küləyi sürətinin 27 sentyabrda normala dönəcəyi gözlənilir. 24 sentyabrdan başlayan geomaqnit qasırğasının G3 səviyyəsinə kimi yüksəlməsi ehtimalı var.

Geomaqnit sahəsindəki fəallığın 27 sentyabra kimi davam edəcəyi proqnozlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31