İstanbuldan Bakıya qızıl-zinət əşyalarının qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb
23 Sentyabr 2023 12:10 Sosialİstanbul-Bakı aviareysi ilə gələn iki nəfər vətəndaşdan Dövlət Gömrük Komitəsinin (DGK) Heydər Əliyev Beynəlxalq Aeroportunda xidmət aparan əməkdaşının köməyi ilə gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirdikləri 493 qram qızıl-zinət əşyaları aşkar olunub.
Olaylar.az DGK-yə istinadən xəbər verir, bu, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən hava limanında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub.
Məlumata görə, hazırda faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31