Azərbaycanın Fövqəladə Hallar Nazirliyi Qarabağdakı yardım mərkəzlərində çadırlar yerləşdirib - FOTO

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi Qarabağ bölgəsinin erməniəsilli əhalisi üçün 1 000 yerlik çadırlar qurub.

Olaylar.az xəbər verir ki, fotolarda erməniəsilli sakinlərin çadırlardan istifadə etdiyi əks olunub.

Məlumata görə, çadırlar Kəlbəcər, Füzuli və Ağdam rayonlarında yerləşdirilib.

Sakinlərə yardımı polis əməkdaşları göstərib.

Trend həmin kadrları təqdim edir:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31