"Hədiyyə qazan" və fişinq məqsədi daşıyan saxta saytlardan ehtiyatlı olun - DİN
22 Sentyabr 2023 15:28 SosialSosial media, elektron poçt və ya SMS vasitəsilə göndərilən "Linkə keçid et, hədiyyə qazan" və fişinq məqsədi daşıyan saxta internet saytlarından ehtiyatlı olun.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin müraciətində bildirilib.
"Hədiyyə qazandınız" kimi anidən gələn gözlənilməz mesajlara inanmayın! Belə linklərə klikləməyin. Şəxsi məlumatlarınızı paylaşmayın. Heç bir ödəniş etməyin", müraciətdə deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31