İctimai birlik sədri ictimaiyyətə səsləndi: “Şəhidlik mövzusunda yazanlar diqqətli olmalıdır” - ÖZƏL

"Bəzi vacib məqamlara qısaca nəzər salmaq istərdim. Müqəddəs saydığımız  Şəhidlik mövzusu həssas və məsuliyyətli sahədir. Bu mövzuda yazı yazanlar  diqqətli olmalıdır". "Olaylar" xəbər verir ki, bunu deyən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli qeyd edib ki, xüsusilə, Azərbaycan mediası, telekanalları, sosial şəbəkə iştirakçıları bu mövzuya yanaşmada bir çox zəruri  məqamlara əməl etməlidir: "Şəhidlərimizin missiyası, haqq işi bizim yolumuza işıq salır. Bu missiya bizi Azərbaycanın müstəqil, qüdrətli olmasının zəruriliyini dərk etdirir və hər zaman xeyirin şərə  qalib gələcəyi fikrini təlqin edir. Vətənpərvərlik peşəkar və məsuliyyətli davranışa çevriləndə çox faydalı olur. Düşmən üzərində qazandığımız tarixi Zəfərə,  son 200 illik işğala son qoyub, bizə qələbə sevincini yaşatdığına, millət olaraq bizi  bütövləşdirdiyinə görə, Şəhidlərimizə hər zaman borcluyuq. Əziz, qəhrəman qardaşlarımız, Siz qalib gəldiniz! Qazandığınız qələbəni Azərbaycana halal edin!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31