Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb
20 Sentyabr 2023 10:10 Sosial"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun müddəti uzadılıb.
Bu barədə Olaylar.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd edilib ki, sənəd qəbulu 30 sentyabr saat 23:59-da başa çatacaq.
Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı, elana dair ətraflı məlumat və qeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər.
Əlavə sual yarandığı zaman FAQ/MVS və ya [email protected] mail ünvanına müraciət edə bilərsiniz.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31