"Danışmağa imkan vermirdin, o veriliş, o da sən" - İslamdan Mətanətə
19 Sentyabr 2023 12:13 SosialXəbər verdiyimiz kimi, aparıcı İslam Mehrəliyev "Xəzər axşamı" şousundan ayrılıb.
Olaylar.az axsam.az-a istinadən xəbər verir ki, yeni mövsümdən verilişi Mətanət Əliverdiyeva tək aparacaq. Bununla bağlı aparıcılar video çarx hazırlayıblar.
Çarxda İslamın Mətanətə "Onsuz da danışmağa imkan vermirdin. Get, o veriliş, o da sən. Nə qədər istəyirsən, danış" deməsi diqqət çəkib.
Belə ki, ötən mövsümdə də sosial şəbəkədə İslamın proqramda az danışdığı, M.Əliverdiyevanın ona imkan vermədiyi müzakirə olunurdu.
Qeyd edək ki, İslam "Space TV"də tamaşaçıların qarşısına çıxır. O, "Salamlar" adlı səhər proqramına aparıcılıq edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31