Koronavirusun yeni ştammına qarşı qabaqlayıcı tədbirlər görmək lazımdır - ÖZƏL
19 Sentyabr 2023 11:30 SosialDünya yeni bir mümkün pandemiya mərhələsindədir. Əksər ölkələrdə yayılan koronavirusun yeni ştammının getdikcə daha çöx ölkəni əhatə etməsi, təhlükənin sərhədlərimizə gəlib çatması Azərbaycanın da qabaqlayıcı tədbirlər görməsini zəruri edir.
"OLAYLAR"-ın xəbərinə görə, "Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyinin sədri Süleyman İsmayılbəyli deyib ki, cəmiyyətin hər bir üzvü koronovirusun yeni ştammının Azərbaycanda yayılmaması üçün fəal olmalı, həm özünü, həm də ətrafdakıları qorumalıdır:
"Nəzərə alsaq ki, bir neçə gündür yeni tədris ili başlayıb, bu mənada ali və orta ixtisas müəssisələrində, ictimai nəqliyyatda, market və iaşə obyektlərində dezinfeksiysedici məhsullardan istifadə etmək faydalı olardı".
Süleyman İsmayılbəyli hesab edir ki, vətəndaşları bu istiqamətdə məsuliyyətli olmağa hesablanmış audio və videoroliklərin televiziya və radiolarda, ictimai nəqliyyatda nümayişi də mümkün adekvat addımlardan sayıla bilər:
"Əgər yenidən tibbi maska və qapanmaya getmək istəmiriksə, zəruri tələblərə əməl etməliyik"