“Tariximizi gənc nəslə çatdırmaq üçün çox çalışmalıyıq” - ÖZƏL
19 Sentyabr 2023 10:50 SosialDost Gənclərin İnkişaf Klubunun üzvləri Qəbələ şəhərinə səfər ediblər. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili Ceyhun Məmmədov məlumat verib: "Dost Gənclərin İnkişaf Klubunun üzvləri ilə birlikdə Qəbələ şəhərinə səfər etdik. Səfər zamanı Qəbələ şəhərinin bir çox tarixi və görməli yerləri ilə tanış olub, Qəbələ şəhərinin tarixini daha ətraflı bilmək üçün, Qəbələ Arxeoloji Mərkəzini ziyarət etdik. Azərbaycanlı alimlərin koreyalı mütəxəssislərlə birgə apardıqları arxeoloji tədqiqatlar və qazıntılar nəticəsində Qəbələ tarixinin açılmamış yeni səhifələri ortaya çıxmışdır. Tariximizi öyrənmək, gənc nəslə çatdırmaq üçün çox çalışmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31