"Su pərisi"nin rəhbəri barədə akt tərtib olunub
18 Sentyabr 2023 15:41 SosialDövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Tovuz rayonunun Qazqulu kəndi ərazisində fəaliyyət göstərən "Su pərisi" ailəvi istirahət mərkəzindən atmosfer havasına tüstünün yayıldığı müəyyən edilib. "Olaylar"ın məlumatına görə, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı obyektdə qaz-toz tutucu qurğunun quraşdırılmadığı üçün atmosfer havasına normadan artıq tullantının atıldığı məlum olub: "Faktla bağlı obyektin rəhbəri Aydın Sultanov barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb. Eyni zamanda, təmizləyici qurğunun quraşdırılması məqsədilə A.Sultanova məcburi göstəriş verilib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31