Bakıda 33 yaşlı məhbus həbsxanada ÖLDÜ

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində ölüm hadisəsi baş verib.

Olaylar.az xəbər verir ki, Masallı rayon sakini olan 33 yaşlı Ələkbərov İsmayıl Şamil oğlu bu gün müəssisədə dünyasını dəyişib.

Onun hansı səbəbdən vəfat etməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

qafqazinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31