Britaniya səfiri Lənkəranda qonaq oldu - FOTO
17 Sentyabr 2023 22:40 Sosial"Lənkərana xüsusilə Sevil Beynəlxalq Qadın Sənədli Filmləri Festivalı üçün gəlmişəm".
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld rəsmi "X" hesabında məlumat verib.
"Məhsa Əmininin ölümünün il dönümünü qeyd etdiyimiz bu günlərdə gender bərabərliyi məsələsi hər zamankından daha vacibdir. Sevinirəm ki, festival getdikcə genişlənir və indi regionlarda da keçirilir", - diplomat qeyd edib.
Səfir həmçinin Lənkəranda öz əməkdaşlarından birinin evində qonaq olub və dadlı təamlara görə təşəkkür edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31