Naxçıvanda daha bir yüksək vəzifəli şəxs işdən çıxarıldı
16 Sentyabr 2023 17:22 SosialNaxçıvan şəhəri İlham Əliyev adına Olimpiya İdman Kompleksinin direktoru işdən azad olunub.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazirin vəzifələrini icra edən Məcid Seyidov əmr imzalayıb.
Əmrə əsasən, kompleksin direktoru Faiq Hacıyev öz ərizəsi əsasında işdən çıxarılıb.
Digər əmrlə Olimpiya İdman Kompleksinin direktoru vəzifəsi müvəqqəti olaraq müavin Ramin Talıbova həvalə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31