Laçında 31 ildən sonra ilk zəng
15 Sentyabr 2023 15:50 SosialSentyabrın 15-də Laçın şəhəri 2 nömrəli tam orta məktəbdə yeni tədris ilinə start verilib.
Bu barədə Olaylar.Az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
2023-2024-cü tədris ilində sözügedən məktəbdə 44 şagirddən ibarət 11 sinif təşkil edilib və 16 müəllim burada tədris aparacaq.
Qeyd edək ki, 510 şagird yerlik ikimərtəbəli məktəb binasında 13 sinif otağı, 2 laboratoriya, kimya, fizika, biologiya kabinetləri, informatika, çağırışaqədərki hazırlıq, tibb, həmçinin qızlar və oğlanlar üçün texnologiya otaqları, kitabxana, idman zalı, 182 yerlik akt zalı mövcuddur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31