Bu gün Azərbaycanda Bilik Günüdür
15 Sentyabr 2023 10:31 SosialBu gün Azərbaycanda Bilik Günü qeyd olunur.
Olaylar.az xəbər verir ki, sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır.
2023-2024-cü tədris ilində orta məktəblərdə 1 milyon 612 min 294 şagird təhsil alacaq.
Bu tədris ilində 135 000 uşaq birinci sinfə gedəcək, 80 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq.
Qeyd edək ki, 2023-2024-cü tədris ili iyunun 14-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31