Təhsil müəssisələrində xüsusi qida nəzarətinə başlanılacaq - RƏSMİ AÇIQLAMA
14 Sentyabr 2023 11:54 SosialElm və Təhsil Nazirliyinin rəhbərliyi ilə təhsil müəssisələrində bufetlərin fəaliyyətinə dair məsələni ətraflı müzakirə etmişik.
Olaylar.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bütün təhsil müəssisələrində xüsusi qida nəzarətinə başlanılacaq:
"Bu ildən etibarən Qida Təhlükəsizliyi İnstitutu naziriliyin tabeliyindəki bütün müəssisələrdə xüsusi proqram və təlimlər həyata keçirəcək. Keyfiyyətə nəzarət məsələlərinə, həmçinin məhsulların daşınması, çatdırılması, satılmasına xüsusi nəzarət prinsipləri tətbiq olunacaq. Ümid edirəm ki, gələcəkdə neqativ hallar ortadan qaldırılacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31